Masallı rayonuna turist axını artıb

Posted: December 14, 2012 in Uncategorized

4057Masallı rayonu relyefinə və təbiətinə görə Azərbaycanın səfalı guşələrindən biridir. Rayonun təbii şəraiti, dağları və meşələri, şəfalı bulaqları turizmin inkişafı üçün gözəl zəmin yaradır.

Hələ yüz illər bundan əvvəl yaxın-uzaq yerlərdən insanlar bu bölgəyə gələrək şəfalı bulaqların suyundan müalicə üçün istifadə ediblər. Masallı rayonu beynəlxalq standartlara cavab verən turist xidməti göstəricilərinə, yerli və xarici qonaqları qəbul etmək imkanlarına malikdir.
Masallı Rayon Mədəniyyət və Turizm Şöbəsindən aldığımız məlumata görə, rayonda hazırda 26 turist obyekti mövcuddur. Bu obyektlərdə 1400 yerləşdirmə yeri var. Bunlardan 21-i Mədəniyyət və Turizm Nazirliyinin lisenziyası əsasında işləyir. 2009-cu ildə rayona 9874 turist gəlib ki, bunlardan da 367 nəfəri xaricilərdir. Bu ilin ilk altı ayında isə Masallıya 6300 turist gəlib ki, bunlardan da 145 nəfəri xarici ölkə vətəndaşlarıdır.
Rayondakı İstisu sanatoriyasının yaxınlığında yerləşən “Dəstvənd” ən çox turist qəbul edən hotellərdəndir. Buranın bütün otaqları Avropa üslubunda təmir edilib. Hoteldə konfrans-zal, restoran və bar, sauna, süni göldə qayıqsürmə və hovuz, mini zoopark, 5 yeni müasir kottec, müasir standartlara cavab verən sadə idman qurğuları var. «Dəstvənd» istirahət mərkəzində ölkəmizdə fəaliyyət göstərən səfirliklərin əməkdaşları, habelə İrandan, Türkiyədən istirahət etmək üçün gəlirlər. “Viləşçay” su dəryaçasına qayıqla səyahət, atçılıq, üzgüçülük və digər idman növləri ilə məşğul olmaq üçün şərait var.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s